- 25 Aprel 20:48
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurulub.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Azərbaycan-Litva Dostluq Evi" MMC olub.
Məlumata görə, qalib şirkətə 68.675 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə