- 25 Aprel 20:48
“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.
E-huquq.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Qərara əsasən, Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faiz həcmində müştərək maliyyələşmə məbləği ödəyəcək.
İndiyə qədər sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 (iyirmi) manat müştərək maliyyələşmə məbləği ödəyir.