XİN: Azərbaycanın təşviq etdiyi əsas tranzit yollardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur


  • 13:17

Azərbaycanın coğrafi mövqeyi onun logistika mərkəzinə çevrilməsi üçün böyük imkanlar yaradıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən keçməsi regionun iqtisadi inkişafına təkan verəcək.

E-huquq.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən konfransda Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev deyib.

O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Astara-Rəşt dəmir yolunun tikintisi davam edir: “Yolun tikintisinin maliyyələşdirilməsində problem var və bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir”.

XİN nümayəndəsi nəzərə çatdırıb ki, Azərbaycanın təşviq etdiyi əsas tranzit yollardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur: “Bu marşrut Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsi üçün olduqca əhəmiyyətlidir”.

Oxşar xəbərlər