- 17:48
"Monitorinqlər göstərir ki, xüsusən məhkəmə reportajlarında, hər hansı cinayət işi ilə bağlı jurnalist yazılarında əvvəlki dövrlərdə olduğu kimi, hüquqi səhvlərə yol verilmir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli "Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı" mövzusunda məlumat sessiyasında deyib.
Onun sözlərinə görə, bu jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş mühüm addımların nəticəsidir.
"Jurnalistin hüquqi savadlılığının yüksək olması cəmiyyətimizin media savadlılığının artrılmasına töhfə verir. Deməli, cəmiyyət daha savadlı materialla tanış olur. Bu baxımdan jurnalistlər çox mühüm funksiyanı yerinə yetirir", - deyə N.Məmmədli bildirib.
Humay Eminqızı