- 17:48
"Proseslər göstərir ki, dünya yeni iqtisadi böhranın astanasındadır".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
Onun sözlərinə görə, bunun əsas səbələrdən biri neft qiymətlərindəki sıçrayışlardır.
"Bu prosesin bir müddət davam edəcəyinə dair proqnozlar dünya iqtisadiyyatına mənfi təsir edir. Bu təsirlər bizdən də yan keçmir. Bu mənada dövlət struktrularımız müvafiq addımlar atır. Belə bir dövrdə büdcə vəsaitlərinin səmərəli istifadəsi önəmlidir. Büdcədən yayınmaların qarşısını almaq çox mühümdür. Bu isə islahatların keçirilməsini tələb edir. Büdcəyə nəzarətin daha da gücləndirilməsi məsələsinə həssas yanaşılmalıdır", - deyə deputat bildirib.
Şəbnəm Mehdizadə