"Dövlət qulluğuna qəbul imtahanlarının müsahibə mərhələsində çatışmazlıqlar var" - Deputat


  • 12:29

"Şikayətlər onu göstərir ki, dövlət qulluğuna qəbul imthanlarında həm müsahibə, həm də ehtiyat kadrların təyinatı məsələsində çatışmazlıqlar var".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu müsahibələrin çoxu formal xarakter daşıyır.

"Orqan rəhbərləri saxta yollarla, tanışla, tapşırıqla vəzifələri ələ keçirir. Müsahibədə ən yüksək bal toplayan şəxslər müqaviləli şəxslərə uduzur. Qəsdən elə çətin suallar verirlər ki, dövlət qulluğunda yer almaq istəyən gənc bu mərhələni aşa bilmir. Təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri çıxarılsın. Yaxşı olar ki, səlahiyyət Dövlət İmtahan Mərkəzinə verilsin", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər