- 20:37
Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi) hospitalizasiya olunub.
E-huquq.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.
Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Abşeron-Xızı regional böməsinin əməkdaşları məsələni nəzarətə götürüb:
"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb,nəticələrlə bağlı məlumat veriləcək".
Mənbə: Report