- 19 Aprel 21:02
Ermənistanda minanın partlaması nəticəsində bir əsgər yaralanıb.
E-huquq.az xəbər verir ki, hadisə Geqarkunik bölgəsində baş verib.
Əsgərin həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, hərbçi xəstəxananın tibbi heyətinin nəzarəti altındadır.