- 21:02
"Türkiyə bizim qardaş ölkəmiz və ən yaxın müttəfiqimizdir. Eyni zamanda, Azərbaycanla İsrail arasında da strateji tərəfdaşlıq, etibarlı və yaxın münasibətlər var".
E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “TRT World” telekanalına müsahibəsində səsləndirib.
Nazir bildirib ki, İsrail-Türkiyə münasibətləri tarixdə bir neçə dəfə eniş-yoxuş dövrü yaşayıb.
“Hazırda Türkiyə və İsrail arasında yaşanan gərginlik ilk dəfə deyil. Vaxtilə də bu cür vəziyyət olmuşdu və həmin vaxt Prezident İlham Əliyev münasibətlərin normallaşmasına töhfə vermişdi. Bizim siyasətimiz bu cür məsələlərdə açıq və şəffafdır. Biz münasibətlərin normallaşmasında faydalı rol oynamağa həmişə hazırıq”, - Bayramov bildirib.