- 18 Aprel 23:27
Rusiya Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası sahəsində öz təcrübəsini bölüşməyə və uzun illər davam edən münaqişə nəticəsində yaranmış humanitar məsələlərin həllinə dəstək göstərməyə hazırdır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün bütün əsas istiqamətlər üzrə tərəflərə dəstək verməyə hazırıq. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə ciddi təcrübəyə malikik. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası sahəsində də mütəxəssislərimiz çox yüksək səviyyədədir, bu sahədə post-sovet məkanında aparıcı sayılırıq. Bundan əlavə, bizdə unikal kartoqrafik materiallar (xəritələr) mövcuddur və bu resurslarla da kömək etməyə hazırıq", – Mariya Zaxarova qeyd edib.