- 18 Aprel 23:27
Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.
E-huquq.az xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.