DSMF-yə yeni sədr təyin olundu - FOTO


  • 16 Aprel 11:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.

E-huquq.az xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, 47 yaşlı Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.

2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, DSMF-nin əvvəlki sədri Himalay Məmişov ötən gün Prezidentin Sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.

Oxşar xəbərlər