Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət etdi


  • 15 Aprel 12:21

Hesablama Palatasının apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində Dənizkənarı Bulvar İdarəsi və onun tabeliyindəki qurumlarda dövlət vəsaitləri və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənədə əsasən, hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa təqdim olunub.

Oxşar xəbərlər