Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edildi


  • 14 Aprel 16:42

Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları"nı təsdiq edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanlb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir.

Qaydalarla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə - “Uçuşların qaydaları” və 6 nömrəli Əlavə - “Hava gəmilərinin istismarı” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.

Qaydalarda istifadə olunan anlayışlar qanunla və digər normativ hüquqla müəyyənləşdirilmiş mənaları ifadə edir.

Hava gəmisi ilə insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yarada biləcək uçuşların yerinə yetirilməsinə yol verilmir.

Oxşar xəbərlər