- 15 Aprel 22:34
Nazirlər Kabineti “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nı təsdiq edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb. Onlarla tənzimlənməyən məsələlər qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya, habelə Konvensiyaya 1 nömrəli Əlavə - “Aviasiya personalının sertifikatlaşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.
Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir:
- həvəskar pilot;
- kommersiya pilotu;
- nəqliyyat pilotu;
- çoxheyətli pilot;
- hava şarı pilotu;
- naviqator;
- bort mühəndisi;
- bort radiooperatoru (bort radist);
- havada hərəkəti idarəetmə dispetçeri;
- hava gəmisi texnikləri.