- 01:31
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.
Bu barədə e-huquq.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinndən məlumat verilib.
Qeyd olunub ki, avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub.
Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.