- 01:31
"Nikah müqaviləsi bağlı məsələnin ictimai müzakirəsinə ehtiyac var".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, hüquqi dövlətdə bütün münasibətlər müqavilə əsasında qurulmalıdır: "Müqavilənin pozulması da daha asan olur və məhkəmə prosesinə ehtiyac qalmır. Bu baxımdan nikah müqaviləsi də vacibdir. Nikah müqaviləsində təkcə daşınar vədaşınmaz əmlak deyil, eləcə də birgə nikah zamanı alınan hədiyyələr də yer almalıdır".
Şəbnəm Mehdizadə