"Bu, Ermənistanın sülh istəmədiyini açıq şəkildə göstərir"


  • 11 Aprel 11:42

"Sülh müqaviləsinin bütün bəndlərinin müəllifi Azərbaycandır. Bu, bizim sülh istəyimizi açıq şəkildə göstərir. Lakin Ermənistan silahlı qüvvələrinin bölmələri hər gün bizim mövqelərimizi atəşə tutur və bu da onların sülh istəmədiyinin, səmimi olmadıqlarının göstəricisidir".

E-huquq.az xəbər verir ki, bu sözlıəri Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Ermənistan son həftələrdə rekord həddə hərbçini hərbi təlimlərə cəlb edib. Təxribata əla atıb Azərbaycanı fakt qarşısında qoymaq istəyir, lakin böyük səhv edirlər. Bu planda Avropa İttifaqının müşahidə missiyası da rol oynayır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan lazım olarsa, dəmir yumruğu yenidən işə salacaq. Ermənistanın düşünməyə vaxtı var", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər