"Qəzalı binaların söküntüsü zamanı həm sakinlərin, həm də tikinti şirkətlərinin maraqları nəzərə alınmalıdır"


  • 11 Aprel 11:36

Qəzalı vəziyyətdə olan binaların söküntüsü zamanı vətəndaşlarla tikinti şirkətləri arasında baş verən narazılıqların aradan qaldırılması üçüm həll yollarının işlənib hazırlanması təklif olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

O, ötən ay Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı məsələyə toxunub: "Həmin hadisə gündəm oldu. Lakin belə hallarda təkcə vətəndaş deyil, sahibkarlar da problemlərlə qarşılaşır. Sahibkarlar bəzi problemlərə görə tikintiyə başlaya bilmir. Səbəb isə odur ki, binadakı 72-i sakindən 70-i söküntüyə razı olur, 2-i yox. Bu da vaxtın uzanmasına gətirib çıxarır. Hesab edirəm ki, burada mülkiyyətlə bağlı optimal qiymətləndirmələr aparılmalıdır. Yəni, sakinlərə minimum nə qədər vəsait ödənilməli olduğu müəyyənləşdirilməlidir. Əks halda sahibkarlar tikintidə maraqlı olmayacaq. Həm sahibkara, həm mülkiyyətçiyə sərf edən addımlar atılmalıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər