Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verdi


  • 9 Aprel 20:26

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

E-huquq.az xəbər verir ki, XİN-in “X” hesabında paylaşdığı mətndə deyilir:

“Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik.”

Oxşar xəbərlər