- 17 Aprel 19:58
Biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk.
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.