Yük maşını avtomobillə toqquşub, ölən və yaralılar var


  • 9 Aprel 11:05

Türkiyənin Muğla şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Milas rayonunda yük maşını qarşı zolağa keçərək minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtomobil sürücüsü həyatını itirib. Yük maşını sürücüsü və avtomobildə olan sərnişin yaralanıb.

Yaralılar Milas Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər