Vətən müharibəsindən sonra 388 şəxs mina terrorunun qurbanı olub


  • 4 Aprel 12:20

Vətən müharibəsindən sonra Azərbaycanda 388 şəxs mina terrorunun qurbanı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə post-münaqişə dövründə 70 nəfər həlak olub. Onlardan 55-i mülkü şəxs, 15 nəfəri isə hərbi qulluqçudur.

Eyni zamanda 318 nəfər xəsarət alıb ki, onlardan 149 nəfəri mülkü şəxs, 169 nəfəri isə hərbçidir.

Oxşar xəbərlər