- 2 Aprel 21:01
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
E-huquq.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi möhtəşəm bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram xalqlarımızın dostluğunu, birliyini daha da möhkəmləndirsin, hər bir ailəyə sevinc və bolluq gətirsin. Ortaq dəyərlərimizə və adət-ənənələrimizə əsaslanan Novruzun ölkələrimizə əmin-amanlıq, firavanlıq bəxş etməsini arzulayıram.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və sabitlik diləyirəm".