- 21:01
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, məktubda qeyd olunub:
"Möhtərəm İlham Heydər oğlu.
MDB Parlamentlərarası Assambleya Şurasının – Müstəqil Dövlətlər Birliyi iştirakçılarının adından Novruz bayramı münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu qədim bayram yeni həyatın rəmzidir, Birlik ölkələrinin bir çoxunun mədəni irsinin ayrılmaz hissəsidir.
MDB məkanında yaşayan xalqlar xeyirxahlıq, dostluq və qonaqpərvərlik ideyalarının təcəssümü olan Novruz ənənələrini qoruyub saxlayır və əziz tuturlar.
Möhtərəm İlham Heydər oğlu, bu gözəl bayram münasibətilə Sizə və dost Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, sülh və uğurlar arzulayıram".