- 1 Aprel 23:06
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirib.
Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan *36 kiloqram* tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana,heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.