- 1 Aprel 23:06
Azərbaycanda dələduzluq etməkdə şübhəli bilinərək axtarışa verilən şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının martın 29-da və 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib.