Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb – FOTO - YENİLƏNİB


  • 30 Mart 09:03

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

E-huquq.az xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.

***

08:02

Ramazan ayının başa çatması münasibətilə Azərbaycanın məscidlərində bayram namazı qılınır.

E-huquq.az xəbər verir ki, Bakının Əjdərbəy məscidindəki bayram namazı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər. Onlar dualar oxuyub, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıb, Allahdan rəhmət diləyiblər. Eyni zamanda Azərbaycan xalqına əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayıblar.

Təzəpir məscidində isə bayram namazı saat 09:00-a təyin olunub.

Ölkənin digər bölgələrində olduğu kimi işğaldan azad olunan ərazilərdə təmir-bərpa olunan, yenidən qurulan məscidlərdə də Ramazan bayramı namazı qılınır.

Qeyd edək ki, Ramazan ayı martın 1-dən başlayıb. Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edib. Martın 30-31-i Azərbaycanda Ramazan bayramıdır.

Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, fitrə zəkatı adambaşına 10-15 manat verilməlidir.

Oxşar xəbərlər