Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı namazının vaxtını açıqladı


  • 28 Mart 12:23

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı namazının vaxtını açıqlayıb.

E-huquq.az-ın xəbərinə görə, QMİ sədri bildirib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı martın 30-u saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

"Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır", - A.Paşazadə vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Oxşar xəbərlər