Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edildi


  • 17:33

Abşeronda 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrut xətlərinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib.

Bu barədə e-huquq.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, hərəkət sxemi Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işlərinin başa çatması ilə əlaqədar dəyişdirilib.

Oxşar xəbərlər