- 17:33
“Mediatorların ixtisaslaşması daha yaxşı olardı”.
E-huquq.az xəbər verir k, bu sözləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən iclasında söyləyib
“Mediasiya prosesində bəzən iqtisadi məsələlər müakirə edilir. Mediatorun iqtisadiyyat haqqında bilikləri az olarsa, o mediasiya prosesində nə dərəcədə faydalı ola bilər? Həmçinin bu ailə münasibətləri ilə bağlı da keçərlidir. Bir də görürsən ki, ailəsindən boşanmış bir şəxs sertifikat alıb ailə proseslərində mediator kimi çıxış edir. Qanun buna icazə verir, amma hər şeyin mənəviyyatı var. Düşünürəm ki, müəyyən məhdudiyətlər tətbiq olunmalıdır”.
Şəbnəm Mehdizadə