- 16:25
Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti müəyyənləşir.
E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.
Layihəyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il müəyyən ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.