- 22:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanla görüşüb.
E-huquqq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında fəal iştirakı məmnunluqla qeyd olunub.
Həmçinin Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıqla bağlı görülən işlərə nəzər salınıb.