Son 3 ildə bağlanılmış əmək müqavilələrinin sayı məlum oldu


  • 16:24

Azərbaycanda 2022-ci ildə 1 milyon 73 min, 2023-cü ildə 972 min, 2024-cü ildə isə 1 milyon 169 min yeni əmək müqaviləsi bağlanılıb.

E-huquq.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Son 3 ildə xitam verilmiş əmək müqavilələrinin sayı isə müvafiq olaraq 780 min, 872 min və 999 min olub. Təkcə ötən il 170 min müsbət saldo qeydə alınıb", - deyə o qeyd edib.

Bununla belə, deputat deyib ki, ölkədə iş yerlərinin bağlanmasının səbəbləri təhlil edilməlidir.

Oxşar xəbərlər