- 17:19
2024-cü ildə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184,8 min nəfər olub ki, bu da 2023-cü il ilə müqayisədə 18.9 min nəfər və ya 11,4% çoxdur.
E-huquq.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Bildirilib ki, 2024-cü ildə olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti, daimi yaşama və iş icazələrinin alınması (müddətinin uzadılması), qaçqın statusunun verilməsi, vətəndaşlıq, readmissiya və digər məsələlərlə bağlı Xidmətə 599,5 min müraciət daxil olub ki, bu da 2023-cü il ilə müqayisədə 10,9 min və ya 1,8% azdır.