- 17:19
2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə müxtəlif dövlət qurumlarına ayrılan vəsaitin həcmi məlum olub.
E-huquq.az xəbər verir ki, ötən il Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün ümumilikdə 5 mlrd. 347,2 mln. manat vəsait ayrılıb. Bu vəsaitin 4824,0 mln. manatı və ya 90,2%-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin payına düşüb.
Bu vəsaitin 230,0 mln. manatı və ya 4,3%-i "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, 150,0 mln. manatı və ya 2,8%-i Avtomobil Yolları Dövlət Agentliyinin, 88,9 mln. manatı və ya 1,7%-i "Azərişıq" ASC-nin, 22,0 mln. manatı və ya 0,4%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, 18,6 mln. manatı və ya 0,3%-i Azərbaycan Respublikası Prezidentinin və dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarının, 8,7 mln. manatı və ya 0,2%-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, 5,0 mln. manatı və ya 0,1%-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinin payına düşüb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bir sıra sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün 2024-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 13,6 mln. manat məbləğində vəsait ayrılıb.