- 17:19
“Zərdabda bir kənd istisna olmaqla, qazlaşma işləri tamamlanıb”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, rayonda əsas problem 834 hektar torpaq sahəsinin suvarma işləri ilə bağlıdır: “Rayonun su təminatını həyata keçirmək məqsədilə işlər davam etdirilir. Bir sıra kəndlərdə əkinə yararlı torpaqların suvarılması üçün də addımlar atılır. Tikinti layihələri davam etməkdədir”.
Şəbnəm Mehdizadə