- 17:19
“İşğaldan azad edilmiş zonalarda quruculuq işlərinin aparılması, yolların, tunnellərin tikintisi, həmin bölgələrdə elm və təhsil mədəniyyətimizin bərqərar edilməsi, Qarabağ Universitetinin fəaliyyəti dünyaya örnəkdir”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
“Hökumətin təqdim etdiyi heabat onu deməyə əsas verir ki, hər bir uğurun təməlində böyük zəhmət dayanır. Bu gün Azərbaycan dövləti təkcə Qarabağda deyil, bütün bölgələrdə geniş quruculuq işlərini davam etdirir. Görülən işlərin qayəsində Azərbaycan vətəndaşının maraqları dayanır”, - deyə o bildirib.
Şəbnəm Mehdizadə