"Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır"


  • 12:48

Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, qadınlar boşanmalara səbəb kimi məişət zorakılığı faktları, xarakterin uyğun olmadığını səbəb göstərirlər.

“Qəsdən adam öldürmə faktlarının 50 faizi, sağlamlığa zərərvurma faktlarının beşdə biri ailə-məişət problemləri zəminində baş verir. Boşanmaların sayının azaldılması ilə bağlı təkliflər paketi hazırlanır. Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur”, - deyə T.İbrahimova qeyd edib.

Oxşar xəbərlər