- 17:01
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461,1 min vahid artaraq bu il martın 1-nə 1 milyon 862 min 981-ə çatıb.
Bu barədə e-huquq.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 435 264 vahid artaraq 975 186 olub.
"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.