- 15:10
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi mayın sonu iyunun əvvəlində keçiriləcək.
Bu barədə e-huquq.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 aprel-1 may tarixində aparılacaq.
Qeyd edək ki, martın 16-da DİM ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçirəcək.