- 14:02
Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.
Məlumat verilib ki, itkin düşən şəxslərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Onların 3 698-i kişi, 285-i qadındır. 3977 nəfər Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən Müharibəsində itkin düşüb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin birbaşa nəzarətində olan itkin düşmüş şəxslər probleminə məhz dövlət başçısının göstərdiyi xüsusi həssas münasibət və bu yöndə verdiyi mühüm tapşırıqlar axtarış prosesinin sürətlənməsini və zəruri tədbirlərin intensiv həyata keçirilməsini şərtləndirib.