- 9 Mart 21:48
Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Ona zəruri tibbi yardım göstərilib, vəziyyəti orta ağır qiymətləndirilir.