- 9 Mart 16:02
Mingəçevirdə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumatda qeyd olunur ki, 4 saylı Mingəçevir şəhər orta məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı Nihat Həsənzadə polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
***
10:21
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.
Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.