Ağdamda qəzada yaralanan xüsusi nümayəndəliyin əməkdaşının vəziyyəti məlum oldu - YENİLƏNDİ


  • 6 Mart 22:20

Xəbər verdiyimiz kimi, Ağdam-Füzuli yolunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə qəza baş verib, bir nəfər ölüb, daha biri yaralanıb.

TƏBİB-dən e-huquq.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir.

Qeyd edək ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatını itirib.

***

20:54

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasına uğrayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib.

Qeyd olunub ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər