"28 May" stansiyasında qatarda texniki nasazlıq yarandı, sərnişinlər düşürüldü


  • 6 Mart 18:49

"28 May" metro stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Bu barədə e-huquq.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Oxşar xəbərlər