- 26 Fevral 20:03
"AMEA-nın Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar heç kim ixtisara düşməyib".
E-huquq.az xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İnstitutun 18 əməkdaşı olub: "Həmin əməkdaşların bir qismi Tarix İnstitutunda, bir qismi isə Fəlsəfə İnstitutunda öz fəaliyyətini davam etdirir. Heç kim ixtisara düşməyib”.
Qeyd edək ki, cari ilin yanvar ayında Rəyasət Heyətinin iclasında Qafqazşünaslıq İnstitutunun saxlanılması məqsədəmüvafiq hesab edilməyib və fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
Şəbnəm Mehdizadə