- 26 Fevral 20:03
"Kimsə mətbəxdə diş çəkdirirsə, ona Səhiyyə Naizirliyi cavabdeh ola bilməz".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildiirb ki, rəsmi olaraq hər hansı stomatoloji xidmətlə bağlı nazirliyə müraciət olunduğu təqdirdə dərhal araşdırma aparılır.
"Həmin müəssisələrə yoxlama göndərilir və nəticələr dərc olunur. Cari olaraq bəzi şikayətlər daxil olub. Həmin müəssisələr cərimələnib. Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə fəaliyət göstərir. İqtisadiyyat Nazirliyi Mərkəzlə birgə bu məsələni nəzarətdə saxlayırlar. Bu şəxslərə nəzarət olunur və sertifikasiyadan keçirilir", - deyə nazir qeyd edib.
Şəbnəm Mehdizadə