Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq


  • 26 Fevral 11:07

Səhiyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarının nümayəndələrindən ibarət xüsusi Təftiş Komissiyası yaradılıb.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, indiyə kimi Komissiyanın 5 iclası baş tutub: "Plastik cərrahiyə ilə məşğul olan mütəxəssislər öz sənədlərini təqdim edib. İclaslarda 40 nəfərin sənədləri təftiş olunub".

Nazir deyib ki, sonda Səhiyyə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyə ilə məşğul olmağa icazə verilən mütəxəssislərin siyahısı təqdim olunacaq: "Hazırda müvafiq araşdırmalar aparılır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər