"ChatGPT" tibbi məsləhətlər üçün nə dərəcədə təhlükəsizdir?


  • 17:50

Son illərdə süni intellekt texnologiyaları insanların gündəlik və peşəkar həyatında mühüm yer tutmağa başlayıb. İstifadəçilərə pulsuz fərdiləşdirilmiş və əsaslandırılmış cavabları təqdim edən bu texnologiya həm də səhiyyə sahəsində məlumatların əldə edilməsi vasitəsinə çevrilib. Lakin bu vasitə riskli ola bilər .

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin iyun ayında aparılan araşdırmada Avstraliyada 2000-dən çox insanla müsahibə aparılıb. Respondentlərin 9,9 faizi 2024-cü ilin birinci yarısında "ChatGPT"ə sağlamlıqla bağlı sual verdiklərini söylətib. Ümumilikdə, istifadəçilər "ChatGPT"ə "orta dərəcədə" güvəndiyini ifadə edib. Araşdırmaya görə "ChatGPT"ə verilən əsas sağlamlıq mövzulu suallar bunlardır:

- Müəyyən sağlamlıq vəziyyəti haqqında öyrənmək (48 faiz)

- Semptomların nə demək olduğunu öyrənmək (37 faiz)

- Müəyyən bir məsələ ilə bağlı hansı tədbir görülməli olduğunu soruşmaq (36 faiz)

- Tibbi terminləri başa düşmək (35 faiz)

Tibbi məlumatlar üçün süni intellektdən istifadənin artacağı gözlənilir. Sorğuda iştirak edən və hələ tibbi məlumatlar üçün "ChatGPT"dən istifadə etməyən 39% iştirakçı bunu növbəti altı ay ərzində edə biləcəklərini söyləyib. Üstəlik, təkcə "ChatGPT" deyil, "Google Gemini", "Microsoft Copilot" və "Meta AI" kimi digər süni intellekt alətlərinin də bu sahədə getdikcə daha çox istifadə edildiyi bildirilir.

Süni intellekt alətlərinin müxtəlif dillərdə daha az dəqiq cavablar verdiyi məlumdur. Buna görə də, yüksək keyfiyyətli tibbi məlumatlara çıxışda dil maneəsini aradan qaldırmaq üçün həm insan dəstəyi, həm də texnoloji həllərə investisiya lazımdır.

Sağlamlıq haqqında məlumatların əksəriyyəti ictimaiyyət üçün çox mürəkkəb bir dildə yazıldığından, süni intellekt bu məlumatları sadələşdirə və daha başa düşülən edə bilir.

Daha öncə bəzi istifadəçilər xəstəxanaya müraciət etmək barədə qərar vermək üçün süni intellektə müraciət edib və bunun təhlükəli nəticələri ola biləcəyi aydın olub. Buna görə də insanlar süni intellekt alətlərinə müraciət edərkən verdikləri suallarala diqqətli olmalı və riskli suallar üçün səlahiyyətli səhiyyə qurumlarına müraciət etməlidirlər.

Bunlarla belə, bütövlükdə cəmiyyətdə "süni intellekt sağlamlıq savadlılığı" bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir. Süni intellekt alətlərinin istifadəsi genişləndikcə və texnologiya inkişaf etdikcə bu bacarıqlara ehtiyac daha da artacaq.

Humay Eminqızı

Oxşar xəbərlər